Şebnem Tovuzlu - Ey Menim Heyatim Şarkı Sözleri

Sən gedəli artıq neçə zamandır
O gün bu gün mənim halım yamandır
Görən deyir döz birtəhər səbr elə
Ayrılığa dözmək məgər asandır?
Onsuz mənə səhər dönüb gecə olub
Soruşurlar bu ayrılıq necə olub?
Deyirəm artıq illər keçib aradan
Elə bilirəm bu gün olub, indicə olub
Ey mənim həyatım
Ey mənim həyatım
Nədən ayrılıqlarla keçir bu bəxtsiz həyatım
Ey mənim həyatım
Ey mənim həyatım
Onsuz nəyə lazımdır tənha,kimsəsiz həyatım (2 dəfə)

Görüşməyimə ümid bağlayıram mən
Yarım üçün çoşub-çağlayıram mən
İstəmirəm gözümdə yaş görünsün
Yağış yağır, qaçıram ağlayıram mən
Ayrılığın hər günü dəhşətdir
Bu dəhşətə səbəbi həsrətdir
Qalmışam yerlə-göyün arasında
Bu nə cür eşq, bu nə cür məhəbbətdir
Ey mənim həyatım
Ey mənim həyatım
Nədən ayrılıqlarla keçir bu bəxtsiz həyatım
Ey mənim həyatım
Ey mənim həyatım
Onsuz nəyə lazımdır tənha, kimsəsiz həyatım (4 dəfə)
Bu şarkı sözü 23 kere okundu.